info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Baş Texnoloq

Baş Texnoloq

  • Müqavilə
  • Şəhər: Oğuz Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 04.09.2023
  • Son Gün: 31.10.2023
  • Sektorlar: İstehsalat
Bu işə müraciət edin

ÜMUMİ MÜDDƏALAR

  • Baş texnoloq birbaşa Direktora tabedir;
  • Cəmiyyətin direktorunun əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunur;
  • Baş texnoloq öz işində Azərbaycan Respublikasının qanunvericiliyin tələblərini, Cəmiyyətin Nizamnaməsini və bu vəzifə təlimatını əsas tutur;
  • Baş texnoloq vəzifəsinə əsasən ali texnoloji və ya mühəndis-texnoloji təhsilli müəssisənin profilinə uyğun rəhbər və ya texnoloq vəzifəsində 5 ildən az olmayaraq iş təcrübəsi olan şəxslər təyin olunur. 

BİLMƏLİDİR:

  • İstehsalatın düzgün idarə olunmasına dair rəhbərliyin qərar, sərəncam və əmrlərini, istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
  • Məmulatın konstruksiyasına və məhsulun tərkibinə aid olan layihələşdirilmiş texnoloji prosesi;
  • Məhsulun istehsal texnologiyasını;
  • Müəssisənin texniki inkişaf perspektivlərini;
  • Əsas texnoloji avadanlığı və onun işlənmə prinsipini;
  • Müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini;
  • Eyni tipli texnoloji prosesləri və istehsal rejimlərini;
  • Maşın və mexanizmlərin istismar qaydalarını;
  • İdarəetmə proqramlarının işləmə prinsiplərini;
  • Hazır məhsula və xammala qoyulan texniki tələbləri;
  • İstehsalatda istifadə olunan xammal və materialların istifadə normalarını;
  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları;
  • Məhsulun maya dəyərinə təsir edən faktorları;
  • Texniki sənədləşdirilmənin aparılması və hazırlanması üzrə əsasnamə, təlimat və başqa rəhbər materialları;
  • Yeni texnikanın və texnologiyanın tətbiqinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi metodlarını, elm və texnikanın nailiyyətlərini, eyni tipli məhsul buraxan sahələrin qabaqcıl təcrübələrini;

VƏZİFƏ BORCLARI:

  • Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlamaq;
  • İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək;
  • Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirmənin hazırlanması, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət etmək;
  • Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-standart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini təşkil etmək;
  • Texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak etmək;
  • Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində, sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak etmək;
  • Tabeliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
  • İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
  • İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
  • İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
  • İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
  • İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
  • İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsinə dair təkliflər vermək;
  • Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;

HÜQUQLARI:

  • Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
  • Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
  • İş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
  • Həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
  • İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
  • Mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;
  • Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
  • Müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Baş Texnoloq” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin